“Maraqlı tərəflər Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər…” – DEPUTAT – FOTO

Avronest PA-nın enerji komitəsinin iclasında Azərbaycanda enerjidən səmərəli istifadə, enerji effektivliyinin artırılması, alternativ enerji və səmt qazının havaya atılmasının azaldılması ilə bağlı həyata keçirdiyi islahatlar avropalı deputatların diqqət mərkəzində olub.

Etikxeber.az  xəbər verir ki, komitənin iclasında Azərbaycan parlamentinin deputatı Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycanda enerji resurslarından, karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı xüsusi dövlət proqramı hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan, eyni zamanda, səmt qazının havaya atılmasının azaldılması və alternativ enerji ilə bağlı xüsusi proqram hazırlayıb. Hazırda proqramın icrası və bu sahədə effektivliyin artırılması ilə bağlı mühüm işlər görülür.

Məruzə ətrafında çıxışlar zamanı avropalı deputatlar Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

M. Babayev mətbuata açıqlamasında isə bildirib ki, məruzə Avronest PA-nın iyun ayında keçiriləcək iclasında təsdiq olunacaq. Bundan sonra maraqlı tərəflər Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər.

Etikxeber.az

Read Previous

Akademik çıxışının təhrif edildiyini bildirdi:ETİRAZ EDİRƏM, BU, PEŞƏKAR OLMAYAN YANAŞMADIR

Read Next

ATƏT PA-nın qış sessiyası başlayır – GƏLƏN HƏFTƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir