“Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında…”-FƏZAİL AĞAMALI

İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin İntizam komissiyasının sədr müavini  Fəzail Ağamalı deyib.

O, bildirib ki, bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq:

“SMS qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”

F. Ağamalı bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır:

“Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti minimuma endirilməli, mümkün olsa, pulsuz olmalıdır”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var…”-QƏNİRƏ PAŞAYEVADAN HÖKUMƏTƏ SƏSLƏNİŞ – VİDEO

Read Next

“Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər… İstehsal sahələrinin təcili işləməsi lazımdır…”-VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir