Marko Verratti “Bavariya”nın marağında

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Münhenin “Bavariya” klubunun transfer marağına düşüb.

Etikxeber.az  “Sky Sport İtalia”ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə şəxsən baş məşqçi Karlo Ançelotti yaxından maraqlanır.

Mənbənin məlumatına görə, söhbət Verrattinin hazırki qış transfer pəncərəsində deyil, mövsümün sonunda keçidindən gedir. Sövdələşmə müsbət nəticə verəcəyi halda, Verratti mövsümün sonunda Münhenə köçməli olacaq.

Paris klubunun heyətində 14 matçda iki qol vuran italiyalı yarımmüdafiəçi bir məhsuldar ötürməsi ilə də yadda qalıb.

Etikxeber.az

Read Previous

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb – NAZİRLİK

Read Next

Azərbaycandan İstanbula 184 min turist səfər edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir