Marneulidə icra başçısı kim olacaq: Abazov, yoxsa, İmamquliyev?

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər. 

Etikxeber.az-ın APA-ya istinadən məlumatına əsasən, rəsmi nəticələrin elan olunmasa da, rayonun mərkəzi küçələrində “Gürcü Arzusu”nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir.

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marenulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Cüdo üzrə kişilərdən ibarət millimiz DÇ-də birinci yeri tutdu

Read Next

Daha bir əsgərimiz şəhid oldu – MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir