“Marsel”dən “Fənərbağça”ya, “Fənərbağça”dan “Malaqa”ya…

İstanbulun “Fənərbağça” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Etikxeber.az  klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda Fransa millisinin üzvü Adil Ramini transfer edib.

“Marsel” klubundan ayrıldıqdan sonra azad agent statusuna malik olan otuz üç yaşlı futbolçu üçün “Fənərbağça” təzminat ödəməyib.

Müdafiəçi ilə “Şükrü Saracoğlu” stadionunda ikiillik müqavilə imzalanıb.

A.Rami son iki mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçu A.Rami karyerası ərzində “Lill”, “Valensiya”, “Sevilya” və “Milan”da da çıxış edib.

O, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionatının qalibi olub.

kameni

Həmçinin, “Fənərbaxça” futbolçu Karlos Kameni ilə yollarını ayırıb.

35 yaşlı qapıçının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2017-ci ildən “Fənərbaxça”da çıxış edən kamerunlu qapıçı karyerasını İspaniyada davam etdirəcək.

Kameninin “Malaqa”ya transfer olunacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Slaviya”, “Brügge” və “Ayaks” – PLEY-OFF MƏRHƏLƏSİ BAŞA ÇATDI

Read Next

Ən yaxşı futbolçuların adları açıqlanacaq – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir