Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq – RƏSMİ

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq. Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır.

Etikxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ombudsmandan Azərbaycan xalqına-MÜRACİƏT

Read Next

Yas mərasimləri bir gün keçiriləcək-QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir