MASALLIDA FACİƏ: 5 yaşlı uşaq sünnət zamanı dünyasını dəyişdi

Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Müsəküçə kənd sakini  5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün təqaüddə olan həkim Ramiz Sadıqovu evə dəvət edib. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub.

Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Təhsildə növbəti biabırçılıq: CƏMİ 3 ABİTURİYENT 700 BAL TOPLADI

Read Next

“Ayaks” – “Lion” – 4:1 – AVROLİQA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir