“Masazır dairəsi”ndə hərəkət-MƏHDUDLAŞDIRILACAQ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir. 

Bu barədə Etikxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.   

Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Etikxeber.az

Read Previous

“Kömək istəyirlər… Deputat olaraq onlara necə kömək göstərə bilərəm? Çıxış yolu tapmıram, deputatın büdcəsi yoxdur…”-MİLLƏT VƏKİLİ “ÜSYAN” ETDİ

Read Next

“Daha nə etməliyik ki, ötən dəfəki səhvlər təkrarlanmasın?”-VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir