Maşın aşıb, 3 nəfər xəsarət alıb

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az-ın APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

Əliyev: “Bu, bütün dünyaya lazımdır…” – YENİLƏNİB

Read Next

“Qəbələ” komandası “Qarabağ”a qalib gəldi-dövrəni birinci pillədə başa vurdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir