Maskadan istifadə etməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat-CƏRİMƏLƏNƏCƏK – QANUN LAYİHƏSİ BÜTÖVLÜKDƏ QƏBUL OLUNDU

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır…”-SƏMƏD SEYİDOV

Read Next

Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək-CƏRİMƏ EDİLƏCƏKLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir