Maştağa da qazsız qalacaq…

Dekabrın 13-də saat 10:00-dan 18:00-a qədər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə Etikxeber.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Etikxeber.az

Read Previous

Dekabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir