“May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur”-MM-İN KOMİTƏ SƏDRİ

Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanizm siyasəti həyata keçirilib, bu siyasət bu gün də davam etdirilir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib.

“Bunlar kifayət qədər insana şamil olunub. Virusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi. May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur. Azadlığa çıxan insanların sosial adaptasiyası problemi mövcuddur. Bu insanların 60%-i yenidən həbsə qayıdır. Çünki adaptasiya prosesində problemlər var. Bu problemi azadlığa çıxandan sonra yox, ona qədər yerində həll etməliyik. Elə cəzalar var ki, onların ictimai təhlükəsi yoxdur. Belə cəzaları kənd təsərrüfatı, inşaat və s. sahələrə yönləndirə bilərik. Bu şəxslər həbs psixologiyası ilə azadlığa çıxır, bir müddətdən sonra yenə hansısa əməlinə görə həbsə qayıdır. Avropa ölkələrinin bu təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, yüngül avtomobil qəzaları və s. kimi cəzalar törətmiş şəxslərə şamil olunan cəza tədbirlərinin müvafiq forması tapmalıdır. Avropa ölkələrində bu cəzaları törədən şəxslər həftənin 5 günü işləyir evində qalır, həftə sonunu isə həbsxanada keçirir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ölkədə xüsusi karantın rejimi yenidən-MAYIN 31-DƏK UZADILDI…

Read Next

“Elə dildə danışırlar ki…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir