MB tərəfindən maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlim keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirib. Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir.

Mərkəzi Bankdan Etikxeber.az-a bildiriblər ki, təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. İkinci mərhələdə tələbələr “Əmanətlərin Sığortalanması Fondu”, “Amrahbank”, “Bakı Sığorta”, “DəmirBank”, “FINCA Azərbaycan”, “AccessBank” və “Unibank”da tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.

Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar. Təlimdə III və IV kurs tələbələri iştirak edə bilərlər. Tələbələr qeydiyyat üçün CV-lərini noyabrın 21-i saat 18:00-dək Aydan_Aliyeva@cbar.az ünvanına göndərməlidirlər.

Etikxeber.az

Read Previous

AZAL klubu Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

Read Next

Əliyevalar Müasir İncəsənət Mərkəzində iki sərginin açılışına qatıldı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir