MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılışı-OLACAQ

Qazaxıstanın Çimkənt şəhərində martın 22–də MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Qazaxıstanın Baş Naziri Askar Mamin 2020–ci il Çimkənt mədəniyyət paytaxtı estafeti çərçivəsində tədbirlərin yüksək səviyyədə hazırlanmasını vilayət rəhbərliyinə və aidiyyəti orqanlara tapşırıb.

Mədəniyyət ili çərçivəsində, ümumilikdə, 40-a yaxın tədbir, MDB ölkələrinin incəsənət xadimlərinin iştirakı ilə konsert, “Böyük İpək Yolu” tətbiqi incəsənət sərgisi, teatr və opera sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının birinci beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.

Mədəniyyət paytaxtı ilinin bağlanış tədbiri və növbəti şəhərə estafetin ötürülməsi noyabr ayına planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın qədim tarixi Çimkənt şəhərinin 2200 illik yubileyi UNESKO səviyyəsində qeyd ediləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.

Etikxeber.az

Read Previous

“Liverpul” Virgil van Deyk ilə yeni müqavilə imzalamağa hazırlaşır – FOTO

Read Next

“Biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq…” – QÜDRƏT HƏSƏNQULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir