MDB ölkələrinin Beynəlxalq Maliyyə-Bank Forumu keçiriləcək

Oktyabrın 26-29-da Belarusun paytaxtında MDB-nin iştirakçısı olan ölkələrin “Minsk işgüzar görüşləri” II Beynəlxalq Maliyyə-Bank Forumu keçiriləcək. Bu il tədbir Birlik ölkələrinin Hökumət Başçıları Şurasının iclası ilə eyni vaxtda təsadüf edir.

Etikxeber.az xəbər verir ki, Forumda MDB-nin iştirakçısı olan ölkələrin, o cümlədən Azərbaycanın hökumət orqanlarının, bank və biznes qurumlarının, habelə beynəlxalq inkişaf təsisatlarının, o cümlədən Avropa və Asiyadan olan təsisatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

MDB ölkələrinin bank sistemləri üçün yeni çağırış və imkanlara həsr olunan forumda Birlik ölkələrinin maliyyə-bank bazarlarının inkişafı, bank sahəsində böhranın aradan qaldırılması, qurum ölkələrinin birləşmiş sığorta bazarının yaradılması, investisiya əməkdaşlığı üçün şəraitin yaradılması məsələləri müzakirə ediləcək.

Tədbirin təşkilatçıları Belarus Nazirlər Sovetinin, Birliyin İcraiyyə Komitəsinin və Belarus Banklar Assosiasiyasının dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası, VTB Bankı və “ASB Belarusbank” ASC-dir.

Etikxeber.az

Read Previous

Qurbanlı Beyləqanda vətəndaşları qəbul edəcək

Read Next

Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir