Mediamızı ayağa qaldırmaq istəyiriksə…-KAMİL HƏMZƏOĞLU YAZDI

“525”-ə gələndə (1996-cı ilin avqustunda) aşağı-yuxarı 7-8 ildi ki, mediadaydım…

“Mübariz”, “Aydınlıq” qəzetləri ilə uzun müddət əməkdaşlıq etmiş, “De-fakto” və “7Gün”-də işləmişdim…

“525” həqiqətən 3-5 əsl peşəkar, peşəkarların işlədiyi qəzetlərdən biri, sözün əsl mənasında MƏKTƏB idi…Təbii ki, qəzetin rəhbərliyinin (Yusifin, Yaşar müəllimin…), xüsusilə, Rəşad müəllimin bunda rolu, xidmətləri əvəzsiziydi…

Rəhbərliyi bir kənara qoyuram…

1996-1997-ci illərdən 2000-ci illərin sonlarına kimi bu qəzetə kimlər gəlib-getmədi, kimlər tanınmadı, kimlər məşhurlaşmadı, kimlər peşəkar kimi yetişmədi…

Onlarla ad çəkmək olar…

Bu günün özündə həmin peşəkarlardan az da olsa, mediada olanları, fəaliyyətini davam etdirənləri var…

Və yaxud da, olanlardan bəziləri son illər bir növ arxa planda dayanmağa üstünlük veriblər, bir qədər inciyiblər, küsüblər haqlı və əsaslı olaraq…

Bax indi onlara zəruri ehtiyac var, məhz onlara…

Medaianın, qələmin bu qədər ucuzlaşdığı, ucuzlaşdırıldığı bir dönəmdə, diletantların, qeyri-peşəkarların, 90-cı illərdə cümlə qura bilməyənlərin…lərin, lərin…meydan suladığı bir vaxtda onlara tələbat var…

Qalib Toğrul, İlhamə Qasımlı (Türkiyədə yaşasa da), Zöhrə Fərəcova, Zülfiyyə Mustafayeva, Sevda Sultanova (ara-sıra yazsa da), Tünzalə Rafiqqızı (xaricdə yaşamağa məcbur olsa da), illərdir küsülü olduğumuz Kamran Həsənli, o cümlədən, Nailə İsmayılova və sair və ilaxır…kimi peşəkarlara yenidən meydan verilməlidir…

Qalib ixtisasca iqtisadçı olsa da, onun kimi Azərbaycan dilində saf, təmiz, səlis və peşəkar (bütün sahələrdən) yaza bilən jurnalistə mediamızda barmaqla rast gəlmək olar…İlhamənin siyasi araşdırmaları, Zülfiyyənin məhkəmə (məhkəmə-hüquq sistemi ilə bağlı) yazıları, Sevdanın teleməkanla, Zöhrənin mədəniyyətlə bağlı əsər sayılacaq yazıları və sair və ilaxır…

Batmaqda, batırılmaqda olan mediamızı məhz belə peşəkarlar yenidən ayağa qaldıra bilərlər…

Deyirlər ki, ümid ən sonda ölür…

Ümidlərimizi ölməyə və öldürməyə qoymayaq!

Kamil HƏMZƏOĞLU,

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”-in parlament müxbiri

12:58, 7 may

Etikxeber.az

Read Previous

Şuşasız 28 il…

Read Next

Fazil Mustafa İranla bağlı qalmaqallı məsələyə-TOXUNDU VƏ DEDİ Kİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir