Mehdi Mehdiyev əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq etdi

Mehdi Mehdiyev: Vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir

Əlillərə dövlət daim qayğı göstərib: yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir. Bununla onlara təsir olmalıdır, ancaq hazırki layihədə isə məsələyə ümumi toxunulub.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

mehdi mehdiyev

O, əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən də narazılıq edib: “Ən təhlkükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir. Son vaxtlar bu məsələ yenidən gündəmə gəlib. Amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir”.

Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunların icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə, həmin cəzaları sərtləşdirmək lazımdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bəzi səhvlər, nöqsanlar var ki…” – JALƏ ƏLİYEVA

Read Next

Əmək Məcəlləsi dəyişdirilir – HƏRBİ VƏZİYYƏT DÖVRÜ İLƏ ƏLAQƏDAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir