Mehman Əliyev azadlıqda!

Jurnalist Mehman Əliyev artıq azadlıqdadır.  

Etikxeber.az xəbər verir ki, “Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlamışdı və mediada gedən xəbərlərə görə, Qazaxıstandan qayıdan Azərbaycan prezidenti bu müraciətə reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə etmişdi.

Qeyd edək  ki, bu gün saat 14.30-da Apelyasiya Məhkəməsi Mehman Əliyevin vəkili Fuad Ağayevin şikayəti üzrə keçirəcəyi məhkəmə iclasını önə çəkib və M.Əliyev barədə həbs qətimkan tədbirini dəyişdirib.

Etikxeber.az

Read Previous

“İrandakı mollaların nə deməsindən asılı olmayaraq…” – POLİTOLOQ YAZIR

Read Next

Mehriban Əliyeva “Qərənfil” körpələr evi-uşaq bağçasındakı şəraitlə tanış oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir