Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir.
Etikxeber.az xəbər verir ki, bunu ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva akademik Xoşbəxt Yusifzadəyə ünvanladığı təbrikində qeyd edib.
M.Əliyevanın sözlərinə görə, o, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanıb.
“Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”-deyə, M. Əliyeva sonra qeyd edib.
Qeyd edək ki, bu gün X. Yusifzadənin yubiley doğum günüdür, onun 90 yaşı tamam olur.
Etikxeber.az