Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinat alması çox mühüm siyasi hadisədir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Millət vəkili belə düşünür ki, bu təyinat bundan sonrakı dönəmdə idarəçilik sisteminin möhkəmlənməsinə, islahatların daha dinamik xarakter almasına, xüsusən də, müxtəlif hakimiyyət qolları arasında daha çevik əlaqələrin qurulmasına səbəb olacaq:
“Doğrudur, Prezidentin həyat yoldaşı olaraq Mehriban xanım ictimai, humanitar, mədəni sferada böyük bir missiyanı həyata keçirirdi. Və o, Azərbaycan mənafeləri üçün bu illər ərzində böyük xidmətlər göstərib və göstərir. Bununla bərabər real vəzifə daşımaq, böyük ictimai məsulliyyəti üzərinə götürmək fərqli bir hadisədir”.
Millət vəkili hesab edir ki, M.Əliyevanın birinci vitse-prezident təyin olunması cəmiyyətin bir gözləntisi və belə demək mümkünsə, sosial sifariş idi:

“Hesab edirəm ki, bu qərarla cəmiyyətin gözləntiləri doğrultdu. Cəmiyyət Mehriban Əliyevanın bu təyinatını yüksək dəyərləndirəcək və bunu çoxdan gözlənilən qərar kimi qiymətləndirəcək”.
Z. Oruc əlavə edib ki, biz qarşıdakı dönəmdə digər vitse-prezidentlərin təyin olunması ilə ölkədə daha çevik qəraların alınması və onun qısa zaman ərzində icrasının şahidi olacağıq.

M.B
Etikxeber.az