Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması Mədəniyyət Nazirliyinə-HƏVALƏ OLUNDU…

Mədəniyyət Nazirliyinin(MN) təşkilatçılığı ilə yanvarın 11-də Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması MN-ə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Qeyd edək ki, bu yaxınlarda Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Moskva təması və imzalanan bəyanat sual doğuran məsələlərə aydınlıq gətirilməsi və şərh verilməsi üçün yaxşı imkan oldu”-BƏHRUZ MƏHƏRRƏMOV BELƏ HESAB EDİR

Read Next

“Dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır”-RAMİN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir