Mehriban Əliyeva danışdı: “Yüksək etimada görə, dərin minnətdarlığımı bildirirəm”

“Hörmətli cənab Prezident. Mənə göstərdiyiniz yüksək etimada görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

M. Əliyeva sonra bildirib:

“Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur”.

Etikxeber.az

Read Previous

“Onun qəlbi xalqla döyünür…” – HADİ RƏCƏBLİ

Read Next

Prezident: “Mehriban Əliyeva uzun illərdir ölkəmizin həyatında fəal rol oynayır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir