“Mehriban Əliyevanın səfərinə başqa dövlətin ikinci şəxsinin qarşılanması protokolu çərçivəsində yanaşılmır…” – MİLLƏT VƏKİLİ

Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərini izləyənlər onun necə qarşılandığına, keçirdiyi görüşlərə, apardığı danışıqlara səfərdə olduğu ölkənin mediasının, özəlliklə də televiziyalarının bununla bağlı hazırladıqları materiallara baxanda yəqin bir özəlliyi hiss etməmiş deyillər. O da bundan ibarətdir ki, Kremldə hörmətli Mehriban xanım Əliyevanın səfərinə başqa dövlətin ikinci şəxsinin qarşılanması protokolu çərçivəsində yanaşılmır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Açığını deməli olsaq, ona hətta bir çox dövlətlərin birinci şəxslərinə belə göstərilməyən böyük diqqət, sayğı var ki, bu da hər iki ölkənin Prezidenti arasında yaranmış qarşılıqlı hörmətə, güvənə, səfər gösətrir ki, həm də dostluğa, Azərbaycanın Birinci vitse-prezidentinin özünün şəxsi keyfiyyətinə, potensialına və təbii ki, ölkəmizin regionda oynadığı rola dayanır.

Bunu elə Prezident Putinin Azərbaycanın Birinci vitse-prezidentinə Rusiyanın “Dostluq” ordenini təqdim edərkən dedikləri də təsdiqləyir:

“Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Moskva gözəl şəhərdir, məni onunla tələbəlik illərim bağlayır” – MEHRİBAN ƏLİYEVA – FOTO – YENİLƏNİB

Read Next

“Mehriban xanımın fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir” – DEPUTAT – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir