“Mehriban Əliyevanın YAP sədrinin birinci müavini vəzifəsinə təyinatı partiyanın sosial və humanitar fəaliyyət istiqamətlərində müsbət mənada dönüşə səbəb olacaq…”-BİTƏRƏF MİLLƏT VƏKİLİ

Birinci vitse-prezident Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi çox müdrik bir qərar olmaqla, Prezident İlham Əliyevin nəyi, necə və nə zaman etmək lazım olduğunu gözəl bildiyini bir daha nümayiş etdirdi.İstər Birinci xanım, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban Əliyeva dövlət başçısından sonra Azərbaycanda sosial dövlət anlayışının mahiyyətini reallaşdıran əsas sima olub.

Etikxeber.az xəbər verir ki, bunu bitərəf millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, xüsusilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı insanlar üçün xanım Əliyeva həmişə pənah yeri, ümid işığı sayılıb.

“Müharibə dövründə və zəfərimizdən sonra cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəbhədə, diplomatik müstəvidə və informasiya məkanında mübarizəyə rəhbərlik etdiyi bir zamanda, onun ən yaxın silahdaşı, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi müharibə iştirakçılarının müalicə və reabilitasiyası işi, həmçinin, şəhid ailələrinin və qazilərin bütün sosial məişət yükü şəxsən Mehriban xanımın çiyinlərində olmuş, xanım Əliyeva bu çətin və şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gələrək bu həssas təbəqənin tam məmnunluğunu qazanmışdır. Bu mənada Mehriban xanımın Birinci müavin vəzifəsinə təyinatı Partiyanın sosial və humanitar fəaliyyət istiqamətlərində müsbət mənada dönüşə səbəb olacaq, YAP-ın özünü siyasi bir qurum olmaqla bərabər, həm də vətəndaşın ümid yerinə çevirəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Fuad, Müzəffər və Emil…İgidlərimiz, Qazilərimiz…-SƏHHƏTLƏRİNDƏ HƏLƏ DƏ CİDDİ PROBLEMLƏR VAR VƏ… – FOTOLAR

Read Next

“Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaq!”-DEPUTATIN QƏNAƏTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir