Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, M. İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.
1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə oxuyub və oranı bitirib.
1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.
1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) qurtarıb.
2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.
2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.
2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-ci ildən isə dosent vəzifəsində çalışır.
M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Etikxeber.az