Mehriban İmanova Elmin İnkişafı Fondunun icraçı direktoru – TƏYİN OLUNDU

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

 Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M. İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə oxuyub və oranı bitirib.

1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.

1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin  magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) qurtarıb.

2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.

2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.

2010-ci ildə namizədlik dissertasiya işini  müdafiə edərək  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-ci ildən isə dosent vəzifəsində çalışır.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Etikxeber.az

Read Previous

60 yaşlı deputat “Şöhrət” ordenilə təltif olundu – SƏRƏNCAM

Read Next

Elşad Həsənov seçiciləri qəbul etdi – HANSI MƏSƏLƏLƏR QALDIRILDI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir