“Mehriban xanım çox maraqlı həmsöhbətdir…” – VALENTİNA MATVİYENKO – FOTO

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri  Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının aprelin 18-də Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycana aprelin əvvəllərində səfərini məmnuniyyətlə xatırlayıb.

Etikxeber.az xəbər verir ki, V.Matviyenko səmimi qəbula və yüksək mükafata – Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edərək deyib: “Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik. Biz hörmətli Mehriban xanımın birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıyıq”.

Milli Məclisn sədri Oqtay Əsədov səmimi sözlərə görə təşəkkürünü bildirərək, xanım Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

mat-mata

Oqtay Əsədov V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Əli Hüseynli, Adil Əliyev, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Federasiya Şurasının üzvü Vladimir Cabarov, MDB PA Şurasının baş katibi Dmitri Kobitski iştirak ediblər.

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirildi – FOTOLAR

Read Next

Avroliqanın bütün yarımfinalçıları məlum oldu: NƏTİCƏLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir