Melaniya Bricitti “qısqandı”…

… VƏ DƏYƏRİ 51 MİN DOLLARA OLAN BAHALI PENCƏYİ İLƏ GÖZLƏRİ QAMAŞDIRDI
ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp bugünlərdə Fransada yenicə prezident kürsüsünə əyləşmiş Emmanuel Makronun özündən yaşca böyük olan həyat yoldaşını- Bricitt Makronu əməlli-başlı “qısqanıb”.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu “qısqanclıq” NATO-nun sonuncu zirvə toplantsında iştirak etmək üçün Brüsselə gələn dövlət başçılarının, eləcə də, “Yeddilər”-in birinci ledilərinin iştirak etdiyi bir sərgidə müşahidə olunub, yəni, gözlərdən yayınmayıb.
tpamp-melaniya
Belə ki, Makronun həyat yoldaşı öz davranışı və geyimi ilə sərgiyə qatılanların, o cümlədən, digər birinci ledilərin daha çox diqqətinə-ilgisinə səbəb olub, belə demək mümkünsə, Trampın xanımı onun “kölgəsində” qalıb.
Bu isə xanım Trampı əməlli-başlı “qısqandırıb”.
Sonra növbəti tədbirlərdən birinə qatılan birinci ledilər arasında xanım Tramp bahalı və şux geyimi ilə daha çox ilgi çəkib.
biricit makron-1
Məlumatlara görə, onun əyninə gedyindiyi pencəyin qiyməti isə nə az-nə çox 51 min ABŞ dolları təşkil edib.
O, havanın isti olmasına baxmayaraq, tədbir boyu pencəyini əynindən çıxarmayıb.
Xanım Tramp daha sonra eyni firmanın məhsulu olan digər bahalı paltarı geyinərək, gözləri qamaşdırıb və beləliklə Makronun xanımından “öcünü” alıb.
Etikxeber.az

Read Previous

“Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb…” – ADİL ƏLİYEV

Read Next

“Nə PKK, nə “FETÖ”, nə də başqası Türkiyəni diz çökdürə biləcək” – BAXÇALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir