“Velosipedsatan” namizəd-VƏ YA… REPLİKA

9 fevral seçkiləri artıq finala doğru yaxınlaşır.

Cəmi iki gün sonra-ayın 9-da ölkədə seçki-səsvermə keçiriləcək və Milli Məclisdəki (MM) 125 yerə deputat seçkiləcək.

Amma bu seçkilər deputatlığa namizədlərlə bağlı bir sıra maraqlı və bəzən də qınağa səbəb olan məqamlarla özünü göstərdi.

Bəli, demokratiyadır, istənilən-səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı namizədliyini lazım olan tələblər və prosedurlar çərçivəsində irəli sürə, imza toplayıb, qeydiyyatdan keçə və deputatlığa namizəd kimi təbliğat-təşviqat mərhələsində iştirak edərək, mübarizə apara bilər.

Ancaq bu seçkilərdə siyasətlə, qanunvericiliklə…yaxından-uzaqdan əlaqəsi olmayanların, qanunvericilik nədir, ondan bixəbərlərin bir çoxu namizədlik və deputatlıq sevdasına düşdülər.

Hətta, bəziləri tələb olunan imzaları birtəhər yığıb namizəd də oldular.

Amma onlar təbliğat-təşviqat kampaniyasında görünməz, guşənişin oldular, ortaya heç nə qoya bilmədilər, bəzi hallarda da əsas, layiqli namizədlərə tormoz, mane olmaq yolunu tutdular.

Bunlardan biri də 51 saylı Qusar Seçki Dairəsindən deputatlğa namizəd, rayonda, sadəcə, “Velosipedsatan” kimi tanınan, deputatlıqdan, namizədlikdən bixəbər olan bir şəxsdir…

Adını tam yazmağı, açıqlamağı (E.Ə) məqsədəuyğun bilmədik, sadəcə, yazdıq, xatırlatdıq ki, belələrinə imza atanlar heç olmasa, 9 fevralda öz yanlışlarını düzəltsinlər, layliqi,haqq edən namizədə səs versinlər…

Vaxt və seçim onlarındır!

Etikxeber.az

Read Previous

“Danışdıq və anlaşdıq” – SAHİB ALIYEV – FOTOLAR

Read Next

Məşhurlar, ulduzlar, sənətkarlardan Ziyad Səmədzadəyə-DƏSTƏK NÜMAYİŞİ, DƏSTƏK YAĞIŞI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir