Merkel bu həftə Marseldə Makronla görüşəcək

Almaniyanın federal kansleri Angela Merkel sentyabrın 7-də Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Etikxeber.az “TASS”-a istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində keçirilən brifinqdə bildirib.

maka-caka-angelicka

“Sentyabrın 7-də Almaniya kansleri Marsel şəhərinə gedəcək və orada Emmanuel Makronla danışıqlar aparacaq”, – deyə Zaybert vurğulayıb. Onun sözlərinə görə, danışıqların gündəliyi hələlik dəqiqləşməyib, lakin tərəflərin Ukraynanın şərqində yaranmış vəziyyəti də müzakirə edəcəkləri istisna olunmur.

Xatırladaq ki, Rusiya və Ukrayna ilə yanaşı, Almaniya və Fransa da Donbasda vəziyyətin nizamlanması üzrə “Normand dördlüyü”nə daxildir.

Etikxeber.az

Read Previous

Bu məkan bütün dünya üçün əhəmiyyətlidir… – ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik – ƏRDOĞAN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir