Metroda qatarların hərəkətində texniki nasazlıq yarandı və… – YENİLƏNİB

Bakı Metropoliteninin təmas relsində nasazlıq yaranıb.

Etikxeber.az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, “Neftçilər-Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” və əks istiqamətdə aparılır.

“Hazırda “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək” – deyə, QSC-dən bildirilib.

***

Noyabrın 24-də saat 05:41 dəqiqədə “Həzi Aslanov-Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “Qara Qarayev” stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

Nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal “Bakı Metropoliteni” QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, həmin vaxt “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

“Ulduz- Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Mehriban xanımın fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir” – DEPUTAT – RƏYLƏR

Read Next

JAM bu dəfə – SAATLIDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir