“Metronu açmaq işi asanlaşdırar: Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”-SABİR RÜSTƏMXANLI

Koronavirus bu gün hər kəsi narahat edir. Bizdə müharibə, qələbə sevinci vəziyyəti gərginləşdirdi.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O, qeyd edib ki, insanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər:

“Adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır. Bu, nəzərə alınmalıdır. Bundan başqa, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil ki, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”.

Sədr Sahibə Qafarova isə bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası-NOYABRIN 26-DA OLACAQ…

Read Next

Xanım səfir Füzuliyə-SƏFƏRİNDƏN DANIŞDI VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir