Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz olacaq-SABAHDAN

“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.

Etikxeber.az xəbər verir ki, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.

Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Etikxeber.az

Read Previous

Ailənin dörd övladından, üç qardaşdan biri, ali təhsilli, ailəli, iki qız atası idi…Başqa ixtisas sahibi olsa da, hərb sənətini seçdi, Leytenant rütbəsini daşıdı…İkinci Vətən Müharibəsində, “Qisas” əməliyyatında iştirak etdi, Antiterror əməliyyatında isə qəhrəmancasına Şəhid oldu-BU GÜN ANIM GÜNÜ OLAN SAMUXLU FİZULİ MƏMMƏDOV – FOTOLAR

Read Next

Anım Günündə Samuxlu Antiterror Şəhidi, iki qız övladı Vətənə əmanət qalan Fizuli Məmmədovun-MƏZARI ZİYARƏT OLUNDU, 34 İLLİK ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir