Metroya bomba qoyulması barədə yalan məlumat vermiş şəxs tutuldu

Noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs Bakı metrosunun “20 Yanvar” stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə məlumat verib.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyənləşdirilib.

Metropolitendə Polis Şöbəsinin və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

Evində əxlaqsızlıq yuvası təşkil edən şəxs həs olundu

Read Next

Bakıdan Nar bayramına gedən ailə qəzaya düşdü, 2 nəfər dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir