“Meydanda ən yaxşısını, düzgün olanı etməyə çalışacağıq” – QURBAN QURBANOV

Açıqlamalardan hiss olunur ki, “Linfild” olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik.

Etikxeber.az məlumat verir ki, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionunun 47 yaşlı çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Şimali İrlandiyadakı ilk oyunu öncəsi mətbuat konfransına qatılıb.

Q.Qurbanov  qarşılaşma barədə fikirlərini açıqlayaraq, bildirib ki, oyuna yaxşı hazırlaşıblar.

“Meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir.

Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək”-deyə, o, əlavə edib.

Qeyd edək ki, Belfastin “Vindzor Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Etikxeber.az

Read Previous

Rəşad Atakişiyevin dəfn mərasiminə, Qabil Hüseynlinin açıqlamasına fərqli münasibət – SİYASİLƏR BURADA DA ANLAŞA BİLMƏDİ – YENİLƏNİB

Read Next

“Burada Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir