“Meydanda çox düşünməli, diqqətli olmalıyıq” – QURBAN QURBANOV

Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq. 

Etikxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Sabah Bakıda baş tutacaq cavab oyunu öncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin baş məşqçisi dəyişdiyindən diqqətli olmalıdırlar.

Qeyd edib ki, onun işi barədə futbolçulara lazımı qədər məlumat verilib.

“Sabah yaxşı oyun, yaxşı nəticəylə sizləri sevindirməliyik. Narahatlıq mütləq var. Xüsusilə baş məşqçi dəyişəndə, məndə narahatlıq var. Çünki ilk oyuna fərqli hazırlaşmışdıq. Amma rəqibin futbolçuları eyni olsa da, indi tam fərqli hazırlıq olub. Bu, ilk dəfə deyil. Əvvəllər də belə hallar olub. İşimizin faydasını görəcəyik. Çünki meydanda çox düşünməli, diqqətli olmalıyıq. Narahatlıq yox, bizim üçün hər hansı problem ola bilər”-deyə, Q. Qurbanov sonra bildirib.

Etikxeber.az

 

Read Previous

Fərari erməni təmas xəttində əsgərlərimiz tərəfindən saxlanıldı – FOTO

Read Next

Novruz Məmmədov Qurbanqulu Berdiməhəmmədovla görüşdü – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir