“Milan” baş məşqçisi ilə müqavilənin müddətini uzatdı

İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqavilənin müddətini uzadıb.

Etikxeber.az xəbər verir ki, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

2017-ci ilin noyabrında “Rossonyerlər”in baş məşqçisi vəzifəsinə gətirilən “Milan”nın əfsanəvi yarımmüdafiəçisi daha 3 il bu postda qalacaq.

Qattuzonun rəhbərliyi altında “Milan” 13 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Hazırda “Milan” A seriyasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Komandasını İtaliya kubokunun finalına çıxarmağı bacaran mütəxəssis “Milan”da xoşbəxt olduğunu bildirib.

Etikxeber.az 

Read Previous

İlham Əliyev hər zaman vədinə əməl edən liderdir – YAP RƏSMİSİ

Read Next

Prezidentlə birinci vitse-prezident “AITF-2018” sərgisi ilə tanış oldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir