“Milan” Di Mariyaya görə PSJ klubuna 45 milyon avro təklif edib?!

PSJ futbol klubunun yarımmüdafiəçisi Anxel Di Mariya “Milan”ın maraq dairəsinə düşüb.

Etikxeber.az xəbər verir ki, İtaliya klubu tanınmış futbol agenti Jorje Mendeşdən transferi təşkil etməyi xahiş edib. Argentinalı futbolçu PSJ-nin əsas heyətində yerini itirib və yalnız matçın sonlarında meydana çıxır.

Bir neçə gün əvvəl Mendeş parislilərin idman direktoru Anter Enrike ilə görüşərək təklifi irəli sürüb. “Milan” Di Mariya üçün 45 milyon avro ödəməyə hazırdır.

Etikxeber.az

Read Previous

Kataloniya parlamentinin müstəqillik elan etməsi cinayət əməlidir – BAŞ NAZİR

Read Next

“AZAL” ya özəlləşdirilməli, ya da…” – NATİQ CƏFƏRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir