“Milan” “Real Madrid”in futbolçusuna görə danışıqlar-APARIR…

İtaliyanın “Milan” klubu “Real Madrid”in hücumçusu Luka Yoviçin transferinə görə danışıqlar aparır.

Etikxeber.az xəbər verir ki, “Milan” Yoviçi satınalma hüququ ilə birlikdə ikiillik müddətinə icarəyə götürmək istəyir.

Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir.

Mənbənin bildirdiyinə görə, hazırda danışıqlar davam edir.

Qeyd edək ki, daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun karantin vaxtında evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.

İyirmi iki yaşlı forvard ötən yay 60 milyon avro müqabilində Almaniyanın “Ayntraxt” klubundan “Real Madrid”ə transfer edilmişdi.

Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Etikxeber.az

Read Previous

“AXC-ni xalqımızın qan yaddaşından, ruhundan qoparmaq, hafizələrdən silmək mümkün olmadı…”-KAMİLƏ ƏLİYEVANIN YAZISI

Read Next

“Torpağı satdın, ya da musiqinə xəyanət etdin, nə fərq edər ki?!”-AYBƏNİZ HAŞIMOVA YENİ MƏDƏNİYYƏT NAZİRİNİN MƏRHUM ZAKİR BAĞIROV KİMİ OLMASINI İSTƏYİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir