Millət vəkili Əmək, Müdafiə nazirliklərinin, Sığorta Şirkətinin və SƏFƏRBƏRLİK XİDMƏTİNİN RƏHBƏRLƏRİNƏ MÜRACİƏT ETDİ

Bir qrup şəhid ailəsi və müharibə veteranı bizə müraciət edərək onlara verilməli olan sığorta ödənişinin verilmədiyini, bu xüsusda mümkün köməyimizi xahiş etmişdi. Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevə və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyinə məktubla müraciət edərək vətəndaşları narahat edən bu məsələni diqqətlərinə çatdırdıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Problemi nəzarətdə saxlayacağıq”-deyən millət vəkili həmçinin bildirib ki, bir qrup seçici ayrı-ayrı vaxtlarda ona müraciət edərək, Qarabağ müharibəsində iştirak etsələr də, müharibə veteranı statusu ala bilmədiklərini, habelə iki vətəndaş övladları müharibədə yara alaraq vəfat etsə də, şəhid statusu ala bilmədiklərini deyərək, səlahiyyətləri daxilində köməklik göstərməyi xahiş etmişdi.

“Bu gün həmin vətəndaşların müraciətləri əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimovla söhbət etdik. Arzu müəllim məsələnin araşdırılacağı və faktlar təsdiqini taparsa bütün müvafiq tədbirlər görüləcəyini bildirdi. Habelə, 3 vətəndaşın eyni məzmunlu tələbi SHXÇDX-nin səlahiyyətinə aid olmadığı üçün, onların məsələsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət olundu”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Biz Mübariz kimi Polad olmalıyıq!”-RAQİF ALLAHVERDİ YAZDI

Read Next

Bu gün Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir