Jalə Əliyeva ATƏT-i, Minsk qrupunu, həmsədrləri-SƏRT TƏNQİD ATƏŞİNƏ TUTDU

Beynəlxalq birlik, beynəlxalq təşkilatlar artıq ağa qara deməkdən, ikili, üçlü, beşli standartlardan əl çəkməli, 30 ildən çoxdur ki, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, bu gün də öz təxribatlarından və fitnəkarlıqlarından əl çəkməyən Ermənistanı artıq cəzalandırmalı, ona qarşı təzyiq mexanizmlərini işə salmalı, sanksiyalar tətbiq etməli, işğal faktına son qoymaya məcbur etməlidirlər. Xüsusilə də, 20 ildən çoxdur ki, vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu və həmsədrlər öz qəti sözlərini deməli, birmənalı mövqelərini ortaya qoymalıdırlar. Artıq Azərbaycan cəmiyyəti beynəlxalq birlikdən, ATƏT-dən, Mİnsk qrupundan, həmsədrlərdən qəti və konkret mövqe gözləyir. Quru, mənası olmayan bəyanatlar artıq heç nəyə və heç bir işə yaramır, heç kimə lazım deyil.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.

Qeyd edib ki, bugünlərdə 3 yerli telekanala müsahibəsində də ölkə Prezidenti İlham Əliyev bu yöndə birmənalı və sərt mövqeyini bir daha ifadə edib, ortaya qoyub.

“Dövlət başçısı müsahibəsində xüsusilə, Minsk qrupunu özfəaliyyətə son qoymağa, işğal faktının aradan qaldırılması, Ermənistanın cəzalandırılması üçün konkret addımlar atmağa çağırış etdi. Ölkə Prezidenti bir daha Minsk qrupuna açıq şəkildə öz mövqeyini ifadə etdi və dedi:

“Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik…”.

Bəli, dövlət başçımızın qeyd etdiyi kimi, 30 ildən çoxdur ki, işğaldan, təcavüzdən əziyyət çəkən bir xalq və dövlət olaraq, vasitəçilik missiyasını üzərinə götürənlərdən, Minsk qrupundan aydınlıq, hesab tələb edirik. Çünki bu, bizim haqqımızdır. Haqqımızdır ki, onların bu illər ərzində nə etdiklərinin, nəyə nail olduqlarının hesabını soraq, tələb edək. Əslində isə onların verəcəyi düz-əməlli cavabları da yoxdur, çünki bu illər ərzində heç bir əməli, real addımlar atmayıblar, malalayıcı, dişsiz mövqe sərgiləyiblər, Ermənistanın bütün təxribatlarını və finəkarlıqlarını görməzdən gəliblər.

Amma bu, uzun müddət davam edə bilməz. Bizim də səbrimizin bir sonu, bir həddi var. Ona görə də Minsk qrupu, həmsədrlər söz oynuna son qoymalı, artıq boş, quru bəyanatları, vədləri bir kənara tullayıb, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə öz töhfələrini verməli, Azərbaycan cəmiyyətinin haqlı gözləntilərini doğrultmalı, Ermənistana həddini və yerini tanıtmalıdırlar. Bəyanatlar, vədlər dövrü artıq çoxdan keçib, çoxdan geridə qalıb…”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

22:37

Etikxeber.az

Read Previous

Canəli Əkbərovun oğlu-58 YAŞINDA DÜNYASINI DƏYİŞDİ

Read Next

“Amerika üçün ən böyük təhlükənin adı çəkildi…”-TƏHLİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir