Millət vəkili bəylə gəlini donmaqdan qurtardı…

“Bayaq qızımla “Yeni Yasamal”dan evə qayıdırdıq. Taksidə. Bir baxdıq ki, yanımızda “gəlin maşını” qara batıb qalıb. Üstəlik, tıxac. Allahdan, taksi sürücüsü insaflı adam idi, xahişimi havada tutdu və gəlinlə bəyi maşına almağa etiraz eləmədi”.

Etikxeber.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində millət vəkili Elşən Musayev qeyd edib.
“Deyən kimi də gəldilər. Donmuşdular soyuqdan.

Düz yarım saata “Alatava” yolu ilə bunları çıxardıq “Şərifzadə”yə. Ordan da bir başqa taksi ilə getdilər şadlıq sarayına…

Fidan yol boyunca bəy və gəlinə o qədər sual verdi ki, adamların toy da yadından çıxdı, qar da, tıxac da. “Qazan dibi” söhbətini isə sona qədər xırdaladı. Ta, dillərindən açıq etirafı alana qədər…

Xoşbəxt olsunlar, İnşallah”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram – DÖVLƏT KATİBLİYİNƏ NAMİZƏD

Read Next

Yıldırım: “Meydən FETÖ ilə bağlı lazımi tədbirlər görülməsi tələb edildi” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir