Millət vəkili baş planın təsdiqlənməsindən danışdı və dedi ki…

Nazirlər Kabineti bir sıra şəhərlərin 2034-2036-cı ilə qədərki dövrdə inkişafına dair baş planlarını təsdiqləyib.

Etikxeber.az xəbər verir ki, müvafiq qərarları baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarlara əsasən Masallı şəhərinin 2034-cü ilə qədərki baş planı, Şəmkir şəhərinin 2035-ci ilə qədərki baş planı, habelə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki,  Tovuz şəhərinin 2036-cı ilə qədərki, Göygöl şəhərinin 2033-cü ilə qədərki, Salyan şəhərinin 2035-ci ilə qədərki baş planları təsdiqlənib.

Xaçmaz rayonundan olan millət vəkili Eldəniz Səlimov da saytımıza açıqlamasında Nazirlər Kabinetinin, baş nazirin qərarını müsbət hesab etdiyini və alqışladlığını deyib.

novruz-bassss

Onun sözlərinə, bir sıra bölgələrlə yanaşı, Xaçmaz rayonunun da baş planının  təsdiqlənməsi çox əlamətdar və önəmli hadisədir.

“Hesab edirəm ki, bunu ehtiyac var idi. Bildiyiniz kimi, Azərbaycanda, regionlarda neçə illərdir ki, böyük tikinti, quruculuq-abadlıq, yenidənqurma işləri görülür. Çox qısa zaman kəsiyində Azərbaycanımız, onun bölgələri tamam dəyişib, gözəlləşib. Bu gün bölgələrlə paytaxt Bakı arasında da fərqlər demək olar ki, aradan qalxıb və ya qalxmaq üzrədir. O cümlədən, sakini və təmsilçisi olduğum Xaçmaz rayonunda  da son illər  böyük quruculuq-abadlıq işləri həyata keçirilir. Bu işlər Xaçmazın gözəlliyinə əlavə gözəllik qatır.

01 (1)

Həm Azərbaycan dövləti və dövlət başçısı Xacmaza böyük qayğı və diqqət göstərir, həm də rayonumuza uzun illərdir rəhbərlik edən icra başçısı, el ağsaqqalı Şəmsəddin müəllim Xanbabayev öz işgüzarlığı, təşkilatçılıq və idarəçilik bacarığı ilə Xaçmazın inkişafı, gözəlləşməsi istiqamətində əlindən gələni edir, üzərinə düşən işlərin hamısını çox uğurla həyata keçirir.

prezident-xacmaz

ELDENIZ-1

Xaçmazın bugünkü inkişafında həm Azərbayan dövlətinin, həm ölkə prezidenti cənab İlham Əliyevin, həm də Şəmsəddin müəllimin böyuk xidmətləri var. Ona görə hesab edirəm ki, Xaçmazın 2035-ci ilə kimi, yəni, qarşıdakı 16 il ərzindəki baş planının təsdiqlənməsi rayonumuzun inkişafına öz önəmli təsirini  göstərəcək və öz müsbət töhfələrini verəcək.

Çünki hər bir inkişaf, hər bir tərəqqi özü ilə bərabər bəzi məqamları da ortyaya qoyur, onların həllini zəruri və tələb edir. Heç şübhsiz ki, baş planın təsdiqlənməsi də görülən işlərin, yəni, tikinti, quruculuq-abadlıq işlərinin məhz baş plana uyğun şəkildə gerçəkləşdirilməsini özündə ehtiva edir. Yəni, bu işləri baş plansız həyata keçirmək o qədər də səmərəli və effektiv olmur.

Bu baxımdan da, Xaçşmazın baş planının təsdiqlənməsi bu bölgənin simasının daha da gözəlləşməsinə gətirib çıxaracaq. 2035-ci ilə kimi və 2035-ci ildə biz daha gözəl, daha fərqli Xaçmazı görə biləcəyik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılır – QƏRAR

Read Next

Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə yeni “Türkiye” imiciylə qatılır – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir