Millət vəkili bu gün dəfn olunan Şəhid Təbriz Cəfərovdan-YAZDI…

44 günlük Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb. Əslən Ağdərə rayonundan olan, Tərtər rayon sakini 1995-ci il təvəllüdlü şəhid Cəfərov Təbriz İlqar oğlu bu gün Bərdə rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda onun da ailəsi məcburi köçkün həyatı yaşamağa məcbur olub və Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım qeyd edib.

Qeyd edib ki, Təbriz Cəfərov doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib və döyüşlər zamanı itkin düşüb.

“Mən şəhidin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqı Təbriz kimi oğulları ilə fəxr edir və bu oğulların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Çünki məhz onların şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Qarabağ nisgilinə son qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi-YARADILACAQ

Read Next

Özünü vəzifəli şəxs kimi təqdim etdi, baş həkimdən rüşvət aldı VƏ TUTULDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir