Millət vəkili bürokratiyadan və bürokratlardan gileyləndi

Meliorasiya və irriqasiya haqqında” qanuna təklif edilən son dəyişiklik çox vacibdir, çox zəruridir, çox lazmlıdır. Belə bir dəyişiklik məni sevindirdi, fərəhləndirdi. Çünki bununla növbəti bir bürokratiyanın qarşısı alınmış olur və olacaq“.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hüseynbala Mirələmov deyib.

O, bu məsələ ilə bağlı bu gün parlamentin üzvü olduğu Aqrar siyasət komitəsinin iclasında da çıxış etdiyini və eyni fikirləri söylədiyini deyib.

Mən komitəmizin iclasında da bu fikirləri söylədim və qeyd etdim ki, lisenziylarla bağlı məsələdə bürokratik əngəllər aradan qaldırılmalıdır, təklif edilən dəyişiklik də məhz buna xidmət edir. Çünki bəzən görürsən ki, heç bir səbəb və səbəb olmadan kimdənsə yenidən lisenziya tələb olunur və ya ona təzə lisenziya verilmir, başqa birisinə isə lisenziya verilir. Axı, bu adam ən azı təcrübəyə malidir, püxtələşib, işini bilir, niyə ona lisenziya verilmir və ya  ondan yeni lisenziya tələb olunur, amma dünən ortaya çıxan birisinə tələm-tələsik lisenziya verilir?! Niyə, hansı səbəbə? Bu bürokratiya, bürokratik əngəllər kimə və nəyə lazımdır? Bununla həmin bürokratik məmurlar nə demək istəyirlər? Hesab edirəm ki, bu baxımdan yeni təklif yerində olan təklifdir və birbaşa bürokratiyanın, bürokratik məmur süründürməçiliyinin aradan qaldırılmasına yönəldilib. Şəxsən mən bunu ikiəlli dəstəkləyirəm“-deyə, H. Mirələmov daha sonra sözlərinə əlavə edib.

16-09-2016-aqrar-b

Etikxeber.az

 

Read Previous

“Əlavələr, dəyişikliklərdənsə, yeni qanun və ya qanunlar olmalıdır”- Eldar İbrahimovdan təklif

Read Next

Əliyev Qırğızıstandan çağırış etdi: “Təhdidlərə hazır olmalıyıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir