Millət vəkili cərimələrdən şikayətləndi…

Bələdiyyələr bəzən haqsız və əsassız  yerə cərimələnir – DEPUTAT

Hesab edirəm ki,  bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabatın formatını dəyişdirmək lazəmdır, çünki elə məsələlər var ki, orada əksini tapır, eləsi də var ki, əksini tapmır və nəticə də də bəzi məqamlar vətəndaşlar üçün qaranlıq qalır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir rzayev Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.

“Xüsusilə də parlamentdə, komitəmizdə bələdiyyələrin fəaliyyətinin  daha dayaxşılaşdırılması ilə bağlı millət vəkillərinin xeyli səmərəli təklifləri olur. Yaxşı olardı ki,  Mərkəz tərəfindən həmin təkliflər də təhlil edilsin və hesabatda qeyd olunsun. Eyni zamanda, bələdiyyələr bəzən yersiz, əsassız yerə cərimələnirlər. Məsələn, hansısa zibil tullantularına görə, bələdiyyələr cərimələnir, məhkəmə çəkişmələri olur. Hansı ki, zibil tullantuları olan əzarilər heç bələdiyyələrə aid olmur, amma onlar cərimələnir haqsız yerə. Bu məsələlər də hesabatda öz əksini tapmalıdır. Bu, bələdiyyələlərin özünəinam hissinin yaranmasında, onlara bir stumul verilməsində mühüm rol oynaya bilər” -deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Qənirə Paşayeva ilə Jalə Əliyeva kimi prezidenti görmək istəyir?

Read Next

Deputat həm təriflədi, həm tənqid etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir