Millət vəkili “DOST”-dan – YAZDI

Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb.

Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr ilk növbədə Azərbaycan vətəndaşının firavan yaşayışını, vətəndaş məmnunluğunu təmin edib.

Bir neçə dövlət orqanının xidmətlərini vahid məkanda, əlaqələndirilmiş şəkildə vətəndaşlara təqdim edən, artıq bu gün dünyada Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət”i dövlət xidmətlərinindən istifadəni vətəndaşlar üçün daha əlçatan edib.

“ASAN xidmət” vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirərək milli innovasiya sistemlərinin və səmərəli idarəçiliyin təmin olunmasında son dövrlərdə cəmiyyətə nüfuz etmiş elektron dövlətin mühüm rol oynadığını təsdiq etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “ASAN xidmət”dən sonra DOST adlanan daha bir innovativ xidmət növü vətəndaşların ixtiyarına verildi. həyata vəsiqə qazandı.

“Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Ölkə Prezidenti DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində söylədiyi bu fikirlər qısa zaman ərzində təsdiqini tapdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ilk Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzi – başqa sözlə DOST mərkəzi az bir zamanda cəmiyyətdə özü haqqında olduqca müsbət rəy formalaşdırdı.

Vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında işini quran DOST hətta digər orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutdu, minlərlə vətəndaşın əsl dost ünvanına çevrilməyi bacardı.

Sosial xidmətlər, pensiya,sosial sığorta, tibbi sığorta, eləcə də digər yardımçı fəaliyyətlər – bank və notarius xidmətlər üzrə DOST-a müraciət edən vətəndaşlar bu məkandan razılıqla, məmnunluqla ayrılırlar.

Ümid edirik ki, mütərəqqi siyasi iradəyə əsasən formalaşdırılmış müasir Azərbaycanın siması- DOST –un qısa müddət ərzində qazandığı nüfuz gündən günə daha da artacaq və bu uğurlu təcrübə vətəndaş məmnunluğunun təmininə xidmət edən sırf Azərbaycan brendi kimi digər ölkələrdə də tətbiq olunacaq.

DOST-1

DOST-5

parvin karim

Pərvin KƏRİMZADƏ,

Millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru

Etikxeber.az

Read Previous

“Gənclər siyasəti haqqında” qanun da dəyişdirilir – ÜLVİ QULİYEVİN “KOMİTƏSİ” DƏ İLK İCLASINI KEÇİRDİ

Read Next

Xalq artistlərinin yeznəsi avtoqəzada faciəli şəkildə dünyasını dəyişdi… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir