Millət vəkili: “Hər an müharibənin bərpası təhlükəsi var”

“Hazırda müharibə şəraitində yaşayırıq və hər an müharibənin bərpası təhlükəsi var”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ordusunu daim gücləndirir, müasir hərbi texnika, silah-sursatlar alınır. O, deyib ki, hərbi qulluqçuların peşə vərdişləri yüksəldilir. Millət vəkilinin dediyinə görə,  ordumuzun bütün şəxsi heyəti mənəvi cəhətdən mətinləşdirilir.

“Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək! Bu ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı və bu təxribatın qarşısının alınmasında öz gücünü göstərən Azərbaycan Ordusu dövlət başçısının söylədiyi fikirləri bir daha sübut etdi. Hər kəs Azərbaycan Ordusunun qüdrətini gördü. Hər an istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan ordumuz var.

Ancaq bu da sirr deyil ki, bəzən bir sıra radikal qruplar gizlində silahlanır, fərdi maraqları naminə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Azərbaycan dövləti məhz bu cür halların qarşısını almaq üçün daim mübarizə aparır və qanunlarda müəyyən dəyişikliklər edir. Bu baxımdan,  Əsas Qanuna təklif olunan dəyişiklikdə də bu məsələlər yer alır və bir daha təsdiq edir ki, Azərbaycanda mövcud olan bütün silahlı birləşmələr Ali Baş Komandana tabedir, özbaşına hər hansı bir silahlı birləşmə yaratmaq qeyri-qanunidir və qanunun gücü ilə onun qarşısı dərhal alınacaq…”-deyə, B. Sadıqov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verir”- Nazir

Read Next

Hərbçilərin dünya çempionatının açılış mərasimi oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir