Millət vəkili hansı qanun layihəsinin qəbulu üçün-YAP-DAN DƏSTƏK İSTƏDİ VƏ ONA NƏ CAVAB GƏLDİ?

“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulu üçün mövcud problemlər həll edilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

O, bununla bağlı YAP-dan dəstək istəyib:

“Bu qanun mütləq qəbul olunmalıdır”.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə qeyd edib ki, ümumiyyətlə, bu məsələlərdə milli-mənəvi dəyərləri unutmamalıyıq:

“İstənilən məsələdə milli mənəvi dəyərlərimizi üstün tutmalıyıq. Bu gün sosial şəbəkələr tərəfindən uşaqların təlim-tərbiyə məsələsinə müdaxilə həddindən artıq çoxdur. Burada dövlətin siyasətində də boşluqlar olan hissə ilə bağlı tədbirlər görməliyik. Bəzi qanunların qəbul edilməsində geostrateji vəziyyətimizi, İslam ölkəsi olmağımızı və qonşu dövlətlərimizi nəzərə almalıyıq. İstənilən halda hər bir qanunun irəliləməsi üçün bütün səylər göstərilir. Bu qanunu ictimai müzakirəyə çıxarmaq çox faydalı olardı. Təkcə bu qanunun qəbulu üçün beynəlxalq tələblərə istinad etmək olmaz. Dövlətimiz də, parlamentimiz də xalqa xidmət edir. Ona görə də xalqın fikri bizim üçün əsas olmalıdır. Bu məsələ müzakirə üçün açıqdır”.

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Məmmədlinin oxuduğu 163 saylı məktəbdə büstünün və baralyefinin izdihamlı-AÇILIŞI – FOTOLAR – YENİLƏNİB

Read Next

“Ümid edirik ki, Ermənistan hökuməti tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq, əməli istiqamətdə də müsbət nəticələr əldə edəcəyik”-CEYHUN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir