Millət vəkili idmanda da ikili standartlara yol verilməsinə qəzəbləndi

“Məlum olduğu kimi, 7 sentyabrda Rio-de-Janeyroda XV Paralimpiadasının açılışı oldu.Mərasimdə nümayəndə heyətlərinin keçidi zamanı Belorus nümayəndə heyətinin üzvü paralimpiadaya buraxılmayan Rusiyanın dövlət bayrağını qaldırdı. Beynəlxalq Paralimpiada Komitəsi məsələyə dərhal reaksiya verdi. Olimpiya hərəkatının siyasi baxışlardan uzaq olduğu bildirilərək, bayraq qaldıran şəxsin cəzalandırılacağı bildirilir. Hətta, Belarus paralimpiya komandasının dikvisalikasiya ediləcəyi də söylənilir“.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cəmi üç həftə əvvəl isə  XXXI Yay Olimpiya Oyunlarında qızıl medal alan Ermənistan idmançısı mükafatlandırmadan sonra döşəkçəyə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu ilin aprel ayında döyüşlərdə öldürülmüş Ermənistan əsgərinin şəkli olan köynəklə çıxdı.

Nədənsə Beynəlxalq Olimpiya Komitəsi bu siyasi aksiyaya göz yumdu, həmin idmançı diskvalifikasiya edilmədi.

İkili standart açıq-aşkar nümayiş etdirilir. Bəzi dairələrə nə sərf edirsə, o da qanun sayılır“-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“MAN” minik avtomobili ilə toqquşdu, 1 nəfər öldü, 5 nəfər yaralandı

Read Next

Komitə sədri: “Bizdə hamı sanki susmağa üstünlük verir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir